Valorant-da alacağınız skinlər oyuna rəsmi olaraq heç bir "üstünlük" (daha çox vurmaq və s.) vermir. Lakin, oyunçuların silahlarını fərdiləşdirməsi və oyundan daha çox estetik zövq alması üçün əsas vasitədir. Vacib Məlumat: Valorant hesabınızın təhlükəsizliyi üçün "VP Generator" və ya "pulsuz skin" vəd edən şübhəli saytlardan uzaq durun. Bu cür saytlar hesabınızı ələ keçirmək üçün nəzərdə tutulub. VP yükləmələriniz üçün yalnız rəsmi Riot Client və ya etibarlı rəsmi dilerlərdən istifadə edin.